Modern.az

Sarkisyan Yerevanla Tbilisi arasında diplomatik GƏRGİNLİK yaratdı

Sarkisyan Yerevanla Tbilisi arasında diplomatik GƏRGİNLİK yaratdı

Qarabağ

2 Sentyabr 2016, 15:49

Ermənistan prezidenti Serj Sarksiyanın Dağlıq Qarabağa səfəri Gürcüstanla ciddi diplomatik gərginliyə yol açıb.

 

Modern.az saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Xankəndində qondarma “Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" 25 illiyinə qatılan Serj Sarkisyan daha bir separatçı qurumun  - Abxaziyanın vitse-prezidenti Vitali Qabniya ilə görüşüb.

 

Ermənistan prezidentinin separatçı dövlət rəsmisi ilə əl sıxıb görüşdüyü kadrlar internetdə yer alıb.

 

Faktla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi araşdırmalara başlayıb.

 

Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin spikeri Qalust Saakyanın Cənubi Osetiyanın parlament sədri Anatoli Bibilovla görüşü rəsmi Tbilisinin sərt reaksiyasına səbəb oldu.


Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü