Modern.az

Mətbuat Şurası referendum günü necə işləyəcək?

Mətbuat Şurası referendum günü necə işləyəcək?

Media

6 Sentyabr 2016, 09:24

Azərbaycanda Konstitusiyaya dəyişiklik  bağlı sentyabrın 26-da ümumxalq referendum keçiriləcək. Bu prosesə hazırlıqlar yüksək sürətlə davam edir. Bəs Azərbaycan Mətbuat Şurası referendum günü necə fəaliyyət göstərəcək?

 

Məsələ ilə bağlı Modern.az-ın sualını Mətbuat Şurasının İdarə Heyətinin üzvü,  Beynəlxalq Avrasiya Mətbuat fondunun sədri Umud Rəhimoğlu cavablayıb.

 

O bildirib ki, Mətbuat Şurasında referendum günü qaynar xətt fəaliyyət göstərəcək.

 

“Həm regionlarda, həm də Bakı şəhərində məntəqələrdə monitorinq keçiriləcək. Jurnalistlər üçün yaradılmış şəraitə xüsusi diqqət ayrılacaq.  Referendumun necə işıqlandırılması məsələsi gündəmdə saxlanılacaq. Gün ərzində həm seçki prosesi, həm də medianın fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat veriləcək.  Mətbuat ictimai nəzarət həyata keçirir. Media qurumları demək olar ki, bütün seçki məntəqələrində fəaliyyət göstərəcək. Referendum günü Mətbuat Şurası ilə media qurumları birgə fəaliyyət göstərəcək”.

 

Onun sözlərinə görə, Mətbuat Şurası referendum və seçkilərlə bağlı kifayət qədər təcrübəlidir.

Fond sədri deyib ki, referendum öncəsi bu məsələlər haqqında daha ətraflı məlumat verəcəyik.

 

“Şura üzvlərindən kimin harada fəaliyyət göstərəcəyi və hansı istiqamət üzrə fəaliyyət göstərəcəyi mətbuat vasitəsi ilə bildiriləcək”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır