Modern.az

Azərbaycan Bosniyaya 1 milyard avro sərmayə yatırmaq istəyir

Azərbaycan Bosniyaya 1 milyard avro sərmayə yatırmaq istəyir

Aktual

19 Sentyabr 2016, 21:42

Azərbaycan Bosniya və Herseqovinanın infrastrukturuna sərmayə yatırımlarında maraqlıdır.  Modern.az saytı xəbər verir ki, bu barədə Virtualaz.org “klix.ba” portalına istinadən məlumat yayıb. Məlumata görə, “Ən yaxşı gələcək naminə ittifaq” partiyasının lideri Faxrudin Radonçiçin, energetika, dağ-mədən sənayesi və sənaye naziri Nərmin Dzindiçin, Serbiya, Monteneqro və Bosniyada Azərbaycanın səfiri Eldar Həsənovun və “AzVirt” şirkəıtinin nümayəndəsi Murat Türkoğlunun görüşündə bu barəıdə danışılıb.

 

Radonçiçin sözlərinə görə, Bosniya hakimiyyəti infrastruktur sektorunda beynəlxalq layihələrin yaradılmasında çox maraqlıdır. O qeyd edib ki, yaxın iki il ərzində Bosniya regionda ən iri tikinti meydançasına çevrilməyi nəzərdə tutur.

 

İlk növbədə söhbət avtomagistralların və tunellərin tikintisindən gedir. Radonçiç qeyd edib ki, yerli hakimiyyət bu layihələrin tezliklə başlanmasını istəyir, fəqət bunların dəyəri yüz milyonlarla ölçülür.

 

Həmçinin Azərbaycan tərəfinin maraqlandığı energetika layihələrinə sərmayə qoyuluşları müzakirə edilib.

 

Eldar Həsənov Radonçiç və Dzindiçi məlumatlandırıb ki, Azərbaycan Bosniya və Herseqovinaya maliyyələışdirmənin bir neçə modeli yolu və obyektlərin tikintisində yerli işçi qüvvənin ən azı 90 faiz təşkil etməsi şərti ilə 1 milyard avro investisiya qoymağa hazırdır.

 

Həmçinin “AzVirt” və Bisniyanın “Elektroprivreda” şirkəti arasında energetika sektorunda gələcək əməkdaşlıq məsələlərini əhatə edən anlaşma memorandumu imzalanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı