Modern.az

Milyarderin oğlu itinə 8 ədəd iPhone 7 aldı - FOTO

Milyarderin oğlu itinə 8 ədəd iPhone 7 aldı - FOTO

Aktual

20 Sentyabr 2016, 14:31

Çinli milyarderin oğlu Van Sikonq Koko ləqəbli itinə 8 iPhone 7 smartfonu hədiyyə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat itin “Weibo” sosial şəbəkəsində yerləşən şəxsi səhifəsində yer alıb.

 

Çində yeni iPhone 7 Plus smartfonlarının qiyməti 7988 yuan (1197 dollar) təşkil edir.

 

Van Sikonq ilk dəfə deyil ki, öz hərəkətləri ilə diqqət cəlb edir. Bundan öncə, o , itinə 37 min dollar dəyərində brilliyant qolbaq və 2 Apple Watch saatları hədiyyə etmişdi.

 

 

Vüqar İSMAYILOV

   

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı