Modern.az

Milli Məclisdə MSK-nın formalaşdırılması üçün müzakirə keçirilib

Milli Məclisdə MSK-nın formalaşdırılması üçün müzakirə keçirilib

Dünya

14 Fevral 2011, 12:17

Milli Məclisdə MSK-nın formalaşdırılması üçün müzakirə aparılıb. Modern.az saytı xəbər verir ki, bir qədər öncə parlamentdə məsələ ilə əlaqədar toplantı keçirilib. Görüşdə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, bu il fevralın 6-da Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb. İndi isə yeni komissiyanın formalaşdırılmasına start verilib.

Milli Məclisdə olan partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlər irəli sürülüb. 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mikayıl Rəhimlinin, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Almas Qəhrəmanlının, Ümid Partiyası Akif Qurbanovun, Demokratik İslahatlar Partiyası (DİP) Tamam Cəfərlinin, Böyük Quruluş Partiyası (BQP) isə Bəxşeyiş Əsgərovun, Ana Vətən Partiyası Etibar Quliyevin namizədliyini irəli sürüb.
YAP tərəfindən MSK üzvlüyünə namizədlər Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucovdur.

Mili Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan bitərəf deputatların namizədliklərini irəli sürdükləri şəxslər: Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənovdur.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı