Modern.az

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

Aktual

21 Sentyabr 2016, 20:41

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Katibliyinin Media ve ictimai əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, iclasda əvvəlcə Komissiyanın bu il sentyabrın 10-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

 

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü