Modern.az

Erməni hakerlər azərbaycanlı zabitlərin şəxsi məlumatlarını oğurlayıblar - İDDİA - FOTO

Erməni hakerlər azərbaycanlı zabitlərin şəxsi məlumatlarını oğurlayıblar - İDDİA - FOTO

Qarabağ

22 Sentyabr 2016, 11:11

“Monte Melkonyanın erməni kiberordusu” adlı haker qruplaşması Azərbaycan ordusunun 1200 zabitinin şəxsi məlumatlarını internetə yerləşdirdiyi barədə məlumat yayıb.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, qruplaşma Facebook-dakı rəsmi səhifəsində azərbaycanlı zabitlərin pasport məlumatları, əlaqə nömrələri və yaşadıqları ünvanları qeyd ediblər.

 

“Aksiyamızı Ermənistanın müstəqilliyinin 25 illik yubileyinə həsr edirik”-deyə açıqlamada deyilir.

 

Bundan başqa, “Monte Melkonyanın erməni kiberordusu” Azərbaycan banklarından birinin 10 min müştərisinin şəxsi məlumatlarını da əldə etdiklərini və yaxında dərc edəcəklərinin anonsunu verib.


Modern.az saytı məsələni diqqətdə saxlamağa çalışacaq.

 

Vüqar İSMAYILOV   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü