Modern.az

Suraxanıda 1 nəfər dənizdə batıb

Suraxanıda 1 nəfər dənizdə batıb

Aktual

25 Sentyabr 2016, 17:43

Bakının Suraxanı rayonunda dənizdə 1 nəfər batıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1965-ci il təvəllüdlü, Ağamirzəyev Şaiq Şahmirzə oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 14:05-də başa çatıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü