Modern.az

“Qafqaz”ın Prezident təqaüdçüsü: “Planım odur ki.....”

“Qafqaz”ın Prezident təqaüdçüsü: “Planım odur ki.....”

Aktual

28 Sentyabr 2016, 11:59

Ölkəmizdə bütün sahələr kimi təhsildə günü-gündən inkişaf edir. Hər il yüksək bal toplayanların sayı artır. Bunlar içərisində rayon və kənd məktəblərini bitirən abituriyentlərin olması sevindiricidir. Bu il Qafqaz Universitetinə qəbul olan tələbələrin 229 nəfəri 600 –dən yuxarı bal toplayıb. 500 baldan yuxarı toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı isə 116 nəfərdir. 9 nəfər tələbə isə Prezident təqaüdünə layiq görülüb. Bunlardan biri sizə təqdim edəcəyimiz Rahib İsmayılovdur.

 

İsmayılov Rahib Sənan oğlu 1999-cu ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olub.2016-ci ildə Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbini bitirib. Sınaqlarda ən çox 630 bal toplayan Rahib TQDK imtahanında 691 bal toplayaraq Qafqaz Universitetinin maliyyə ixtisasına qəbul olub.

 

    Qafqaz Universitetini seçməyinə səbəb keyfiyyətli və ingilis dilində təhsilin olduğunu bildirən Rahib planlarından və abituriyentlərə tövsiyyələrindən də danışıb: “ Ailəmizdə iqtisadçı olmayıb.Uşaqlıqdan maliyyə  sahəsinə marağım olub. Ona görədə ikinci qrup üzrə hazırlaşdım. Universitetə yeni başlasamda təhsil məni qane edir. Planım odur ki, bakalavr pilləsini yaxşı nəticə ilə bitirim və magistr təhsili alım. Gələcəkdə savadlı maliyyəçi kimi işləmək istəyirəm. Abituriyentlərə tövsiyyə edirəm ki, qarşılarına məqsəd qoysunlar və oxumaqdan bezməsinlər.

 

Çəkdikləri əziyyətin qarşılığını alanda o əziyyət yaddan çıxır və onun yerini sevinc tutur. Prezident təqaüdünə layiq görülməyi çox istəyirdim. Hədəfim idi və nəsib oldu. Möhtərəm Prezidentimizə tələbələr üçün belə bir təqaüd təsis etdiyi üçün təşəkkür edirəm. Bu təqaüd maddi köməklə yanaşı dövlətimə olan sevgimi və etibarımı artırır.

 

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı