Modern.az

Nuru Paşa İstanbulda belə anıldı - FOTOLAR

Nuru Paşa İstanbulda belə anıldı - FOTOLAR

Aktual

29 Sentyabr 2016, 09:35

Sentyabrın 28-də İstanbulda Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı anım mərasimi keçirilib.

 

Modern.az saytı xəbər verir ki, tədbirdə jurnalistlər, ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 2 mart 1949-cu ildə  İstanbulun Sütlücə səmtində özünün silah zavodunda baş vermiş  partlayış nəticəsində həlak olub.

 

Nuru Paşanın meyitinin bir parçası 20 gündən sonra zavodun qabağındakı körfəzdən tapılaraq cənazə namazı qılınmadan dəfn edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü