Modern.az

Türkiyəli professor BDU-da olub

Türkiyəli professor BDU-da olub

29 Sentyabr 2016, 16:51

V Bakı Beynəlxalq humanitar forumunda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyənin Qazi Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı, professor Zakir Avşar Bakı Dövlət Universitetində olub.

 

Rektor, akademik Abel Məhərrəmov qonaga universitet haqqında məlumat verib, jurnalistika fakültəsi, tədris olunan fənlər barədə danışıb.

 

Professor Zakir Avşar, öz növbəsində, təmsil etdiyi fakültə haqqında danışaraq, onun Türkiyənin jurnalistika fakültələri arasında ilk yerlərdə qərarlaşdığını bildirib.

 

Sonra professor Zakir Avşar jurnalistika fakültəsinin Tədris tele-radio studiyası ilə tanış olub, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü