Modern.az

Taleh Bağırzadənin şikayəti təmin edilmədi

Taleh Bağırzadənin şikayəti təmin edilmədi

29 Sentyabr 2016, 17:30

 

Bu gün Səbail Rayon Məhkəməsində Taleh Bağırzadənin şikayətinə baxılıb.

 

Modern.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyilə keçirilən prosesdə T.Bağırzadənin 26 noyabr 2015-ci ildə həbs edilərkən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) saxlanılarkən işgəncəyə məruz qalması faktıyla bağlı Baş Prokurorluğun cinayət işinin başlanmasının rədd olunması qərarından şikayətinə baxılıb.

 T.Bağırzadənin şikayəti təmin edilməyib.

 

Onun hüquqlarını müdafiə edən Elçin Sadıqov yaxın günlərdə qərardan apelyasiya şikayəti verəcəyini bildirib.

 

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2 polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü