Modern.az

Gürcüstan Patriarxı Roma Papası ilə görüşüb

Gürcüstan Patriarxı Roma Papası ilə görüşüb

Dünya

30 Sentyabr 2016, 23:31

“Gürcüstanda demək olar ki, 500 min insan öz ölkəsində qaçqınlıq həyatı yaşayır. Tsxinvali və Abxaziya Gürcüstanın qədim torpağıdır, gürcü və abxaz xalqı arasında heç vaxt münaqişə olmayıb. Bu, süni münaqişədir”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstan patriarxı II İlya Roma Papası ilə Gürcüstan Patriarxlığının iqamətgahında baş tutan görüşündə bildirib.

 

O, çıxışında işğal ilə bağlı problemlərin həll olunacağını bildirib: “Ən başlıcası, ölkəmizdə, bütün dünyada qəlblərdə olan problemləri həll etmək lazımdır. Bizim katolik və pravoslav kilsələrimiz dialoq yolu ilə bu problemləri həll edə bilər”.

 

II ilya Roma Papasının Gürcüstana səfərini qardaş məhəbbətindən irəli gəldiyini bildirib. O, bəşəriyyətin problemlərdən əvvəl meydana gəldiyini qeyd edib: “Dünyada nəhəng qloballaşma prosesi gedir. Bu, özlüyündə pis deyil, lakin özü ilə təhlükə də gətirir. Bəşəriyyət elm və texnikanın inkişafı üçün irəliyə böyük addım atıb, lakin mənəviyyat və inam sahəsində çatışmazlıqlar var. Bu səbəbdən biz bu gün yeni çağırışlarla üzləşirik”, deyə  patriarx bildirib.

 

Roma Papasının Gürcüstanın Patriarxı II İlya ilə görüşündə baş nazir Giorgi Kvirikaşvili iştirak edib. Görüşdə həmçinin Gürcüstanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri, o cümlədən QMİ- nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev və GMİ-nin rəhbəri Hacı Ramin İgidov iştirak ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir