Modern.az

Milli Məclisdə torpaq mübahisələrinin həlli üçün işçi qruplar yaradıldı - SİYAHI

Milli Məclisdə torpaq mübahisələrinin həlli üçün işçi qruplar yaradıldı - SİYAHI

Parlament

4 Oktyabr 2016, 15:37

Ölkədə mövcud olan mübahisəli torpaq məsələlərinin həll edilməsi məqsədi ilə Milli Məclisin Regional məsələlər komitəsində 3 işçi qrup yaradılıb.

Modern.az-ın xəbərinə görə, bu barədə parlamentin Regional məsələlər komitəsinin bu günklü iclasında komitə sədri Arif Rəhimzadə məlumat verib.

Regionlarda mövcud olan mübahisəli torpaq məsələlərini, rayonların sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə yaradılmış işçi qruplara bir sıra dövlət orqanlarının rəsmiləri də salınıb.

Belə ki, işçi qruplarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Milli Məclis Aparatının bir sıra əməkdaşlarının adları var.

Hacıqabul və Xaçmaz rayonlarındakı mübahisəli torpaqların araşdırılması deputat Tahir Rzayevin başçılıq etdiyi qrupa həvalə olunub.

Hacıqabul və Xaçmaz rayonuna seçilmiş işçi qrupun tərkibi:

 

İşçi qrupun rəhbəri - Deputat Tahir Rzayev

 

Üzvlər:

 

Milli Məclis Aparatının əməkdaşı İsmayıl Cəfərov  

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Rasim Dadaşov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiyanın Dövlət Ekspertiza İdarəsinin sektor müdiri Mübariz Əliyev

 

Binəqədi və Sabunçu rayonuna ayrılmış 2-ci işçi qrupunun heyəti:

 

İşçi qrupun rəhbəri- deputat Rüstəm Xəlilov

 

Üzvlər:

 

Deputat Fəzail İbrahimli

Deputat Cavid Osmanov

Milli Məclis Aparatının sektor müdiri İdrak Qarayev

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Dövlət Agentliyinin sədr müavini Azad Məcidov

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yer quruluşu layihə mərkəzinin sektor müdiri Elməddin Məmmədov

İmişli və Ağcabədi rayonlarında mövcud olan mübahisəli torpaqla görə yaradılmış 3-cü işçi qrupun tərkibi:

 

İşçi qrupun rəhbəri- deputat Malik Həsənov

 

Üzvlər:

 

Milli Məclis Aparatının əməkdaşı Aqşin Məmmədzadə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Şəmsəddin Zamanov

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü