Modern.az

Təhsil Nazirliyi statistika AÇIQLADI: 733 nəfərin…

Təhsil Nazirliyi statistika AÇIQLADI: 733 nəfərin…

Təhsil

6 Oktyabr 2016, 11:01

“Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4 286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub”.

 

Modern.az-ın xәbәrinә görə,  bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

 

Nazirlik rəsmisi onu da xatırladıb ki, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib.

 

C. Valehov qeyd edib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb:

 

“2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü