Modern.az

Dövlət Qarabağ Tarixi muzeyimiz də var….

Dövlət Qarabağ Tarixi muzeyimiz də var….

18 Fevral 2011, 14:28

Dövlət başçısının sərəncamı ilə cari 2011-ci il  turizm ili elan olundu. Söz yox ki, əsas məqsəd həm turizm sektorunun inkişafı, infrasturkturunun yenilənməsi, bu sahədəki mövcud problemlərin həlli, xidmət səviyyəsinin artırılması, həm də qeyri-neft sektorunun inkişafı olmuşdur. Bütün bunlarla yanaşı digər əsas məqsəd ölkəmizə gələn əcnəbi turistlərə Azərbaycanı tanıtma səviyyəsinə diqqətin artırılmasıdır. Ötən il ölkəmizə gələn turistlərin sayı  yüz minlərlə ölçüldüyündən  qeyd onunan məsələnin aktuallığı artır. Yaxşı məlumdur ki, əcnəbilərə ölkəmizin tanıdılmasının bir istiqaməti də məhz muzeylərdən keçir. Bəs bu gün maddi-mədəni irsimizin təbliğində öndə olan muzeylərimiz buna hazırdırlarmı? Ölkəmizin tarixini, mədəniyyətini, o cümlədən əsrlər boyu işğala məruz qalmasını biz əcnəbilərə necə təqdim edirik?

Bu istiqamətdə apardığımız təhlillərdən belə qənaətə gələ bilərik ki, ölkəmizin işğala məruz qalmasını qonaqlarımıza lazımi səviyyədə çatdıra bilmirik. İşğal altında olan 9 rayonun tarix diyarşünaslıq muzeyinin fəaliyyəti hazırda simvolik xarakter daşıyır. Baxmayaraq ki, dörd rayon muzeyi (Ağdam, Füzuli , Laçın, Qubadlı) yeni eksponat fondu yarada bilmişdir. Iki rayonun eksponat fondu isə (Cəbrayıl və Füzuli) uzun illərdir Muzey Mərkəzinin fondunda saxlanılır. Və indiyədək nümayiş belə etdirilməmişdir. Bununla yanaşı Xankəndi, Ağdərə Xocavənd, Əsgəran rayonlarında belə bir muzeyin fəaliyyətdə olmasını da nəzərə alsaq, demək işğalda olan muzeyləri həm sayı, həm də eksponat fondu artır. Nəticə etibari ilə, işğal altında olan ərazilərdəki maddi-mədəni irs barəsində aparılan hər hansı araşdırma lazımı səviyyədə olmamış, eksponat fondunun bir qismi erməni işğalında qalsada, digər qismi bu gündə pərakəndə şəkildə saxlanılmaqdadır. Məsələlərin həllinə səthi yanaşılması isə təəsüf hissi doğurur. Əgər biz qonaqlarımızı Şəhidlər Xiyabanını ziyarətə aparırıqsa, qədim İşərişəhərimizlə tanış etməyi özümüzə borc biliriksə, onda niyə də işğalın vurduğu ziyan barəsində də  məlumat verməməliyik.  Axı qonaqlara deyiləsi və göstəriləsı məqamların sayı onlarca yox, minlərcədir. Bu gün işğal altında olan  doqquz rayon tarix-diyarşünaslıq muzeylərinin acınacaqlı vəziyyəti hamını narahat etməlidir. Vurulan ziyannın həcmi miyardlarla manat həcmində dəyərləndirilirsə bizim bu faktları açmamaq, gənclərimizə və xaricilərə təqdim etməməyə ixtiyarımız yoxdur. Deyilənlərin təqdimatı isə ancaq muzeylərdə mümkündür. Deməli, deyilən sahənin inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Yəni həm tarix diyarşünsalıq muzeylərinin fəaliyyəti, həm də onların paytaxtda təqdimatı da müəyyən standartlara cavab verməlidir. Yeri gəlmişkən xatırlatmaq yerinə düşərdi ki, 1991-ci ilin fevralında  həmin dövrdə Mədəniyyət naziri işləmiş Polad Bülbüloğlunun əmri ilə Şuşada Azərbaycan  Dövlət Qarabağ Tarixi muzeyi yaradılmışdır. İlkin hazırlıq mərhələsində həmdə muzeyin müəyyən eksponat fonduda formalaşdırlımış, hətta ştat cədvəli də təsdiq edilmişdir. Bir tərəfdən siyasi vəziyyət, digər tərəfdən erməni işğalı muzeyin fəaliyyətini dayandırmışdı. Sonralar muzeyin bərpası üçün bir qrup Şuşa ziyalıları tərəfindən təkliflər irəli sürüləsdə bu günədək muzeyin fəaliyyətinin bərpası diqqətdən kənarda qalmışdır. Halbuki onun fəaliyyəti ilə bağlı yerin alınması üçün Şəhidlər Xiyabanında həmin dövrdə  boş qalmış binada, habelə digər turizm marşrutlarının üstündə yerləşən qədim binalarda təklif olunsada müvafiq qurumların razılığı  alınmamış qalmışdır.  Hazırda muzey əməkdaşları dondurulmuş əməkhaqqı alırlar. Bu gün bu muzeyin fəaliyyətinin bərpa edilməsinə həqiqətən ehtiyac vardır. Fikrimizcə, vaxtı ilə yaradılmış muzeyin bərpası və onun adlna layiq bir yerdə fəaliyyəti gənc nəslin təlim tərbiyəsində, həmdə ölkəmizin tanıdılmasında müstəsana rol oynaya bilər. Muzeyin bərpasında işğal altında olan muzey direktorlarının zəngin təcrübəsindən yaralanmaq ümumi işə xeyr vermiş olardı. Burada bütün işğal olmuş rayonlar barəsində məlumat və görüntülərin, qədim eksponatların nümayişi böyük əhəmiyyəti vardır. Muzeylərdə işğal altında olan ərazilərdəki eksponat fondu, bu ərazilərdə zəngin maddi-mədəni isrimizə aid abidələr barəsində bütün məlumatların təqdimatı zəruri hesab edilməlidir. Çıxarılmış eksponatlar arasında yüzləcə qədim və qiymətli əşyalarda vardır. Bununla yanaşı işğal altında ən qədim dövrümüzü əhatə edən Füzuli rayonunda aşkar edilmiş Azıx Mağarası, yüzlərcə qədim istehkam və qalalar, hətta bu ərazilərdə aparılmış qazıntı işləri barəsində məlumatların bir mərkəzdə toplanılması zəruri sayılmalıdır. Unutmamalıyıq ki, özümüzü tanıtmağımızın verdiyi xeyir heç bir ölkənin pul vahidi ilə ölçülə bilməz. Bərpa ediləcək muzeydə işğalın şahidlərinin çanlı   görüntüləri, fikir və mülahizələri də yer ala bilər. Bir müddətdən sonra bu faktların toplanılması  hər birimiz üçün çox çətin olacaq.

Beləliklə, həm işğal altındakı muzeylərin bərpası , xüsusəndə Dövlət Qarabağ Tarixi muzeyinin bərpası hər birimizin diqqətində olmalı, Mədəniyyət və Turizm Nazirliyi bu işə məsuliyyətlə yanaşaraq öz üzərinə düşən tarixi missiyanı lazımı səviyyədə həyata keçirməlidir. Bunun  üçün nazirliyin həm maliyə resusrları, həm də kadr potensialı vardır.

            

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı