Modern.az

İlyas İsmayılıovun “Ədalət”i

İlyas İsmayılıovun “Ədalət”i

12 Oktyabr 2016, 09:43

Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. 

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?
 

Modern.az saytının partiyalarla bağlı bu rubrikasında ilk olaraq Ədalət Partiyasından danışacağıq. Beləliklə “...partiyamızdır” rubrikasında ilk yazını təqdim edirik.

Qısa arayış: Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı ildə Azərbaycan Demokrat Partiyasına  birləşib. 2000-ci ildə isə Ədalət Partiyası ADP-dən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlayıb. Partiyanın sədri İlyas İsmayılovdur.

İlyas İsmayılov 23 il bundan əvvəl yaratdığı partiyadan danışarkən deyib ki, partiyanı yaratmaq ona heç də asan olmayıb.

Ədalət Partiyası necə yarandı?

“Ədalət Partiyasının yaradılmasına özüm qərar vermişəm. Bu adı da özüm seçmişəm. Bir siyasətçi kimi bu, çox normal haldır. Bir dönəm olur ki, insanın beynində yeni-yeni ideyalar baş qaldırır. Siyasətçilərdə isə bir az fərqlidir. Hər bir siyasətçinin özünəməxsus yaradıcı təfəkkürü olur. 1993-cü illər elə bir vaxta təsadüf edirdi ki, görülən hər bir işdə yenilik axtarırdıq. Deyərdim ki, Ədalət Partiyası da belə yarandı. 1990-cı illərin çətinliklərini gördük. 70 illik sovet dövrünün əsarətindən qurtarıb müstəqilliyimizə qovuşduq və biz nəsə etməyə çalışırdıq. Xalqımız üçün, dövlətimiz üçün faydalı bir iş görmək arzusunda idik. Bunlar bizim üçün tapıntı idi. İnsanlara ədalətli qərarların verilməsini arzulayırdıq”.


“Ədalət cəmiyyətin güzgüsüdür”

Partiya sədri deyir ki, partiyanın adı bütün məqsədlərdən xəbər verir

“Cəmiyyət hər zaman ədalət axtarışında olub. İstər əsarətdə olsun, istər müharibə illərində, istərsə də azadlıqda. İnsanın havaya, suya, qidaya ehtiyacı olduğu kimi, hər bir işdə ədalətin bərqərar olmasına da ehtiyac var. İnsanlar hər zaman haqq- ədalət axtarışında olub. Bir hadisə baş verirsə, biz orada ədalət axtarırıq. Fikir verin. Hansısa cinayət hadisəsi baş verirsə, məhkəmənin ədalətli qərar verməsini gözləyirik. İnsanların düşüncələri ədalət üzərində qurulub. Bir sözlə, cəmiyyət ədalət üzərindən idarə olunmaq istəyir”.


“Birləşdik və ayrıldıq”

Partiya sədrinin sözlərinə görə, “Ədalət”in fəaliyyətində bir ara fasilə yaranıb.

“1996-cı ildə qərara gəldik ki, Azərbaycan Demokrat Partiyası Ədalət Partiyası ilə birləşsin. Bunu həyata keçirdik. Amma bu, cəmi 4 il çəkdi. Ümumiyyətlə, biz birləşəndə demokratik olmuşuq, ayrılanda ədalət. O vaxtdan bu günə kimi tək fəaliyyət göstəririk. Təbii ki, bir partiyanı ayaqda saxlamaq asan deyil. Amma, necə deyərlər, çətinlikləri partiyanı yaradanda gözə almışıq. Maddi çətinliklərimiz də olur. Öhdəsindən gəlməyə çalışırıq. Biz elə bir vaxtda siyasi partiya olaraq fəaliyyətə başladıq ki, ölkədə baş verənlər göz önündə idi. Bu gün ayaqda qalmağımızın səbəbi, həmin dövrlərdən özümüzü cəmiyyətə Ədalət Partiyası  kimi tanıtmağa nail olduq”.

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü