"Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışlayır".
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O həmçinin qeyd edib ki, Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər.
Mətbuat katibinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.
Mirmahmud KAZIMOĞLU