Modern.az

“Zinqer” maşınlarını qiymətli edən səbəb

“Zinqer” maşınlarını qiymətli edən səbəb

Aktual

23 Oktyabr 2016, 23:51

Bütün dünyada “Zinqer” şirkətinin istehsal etdiyi tikiş maşınları ilə bağlı əfsanələr gəzir. Modern.az saytı xəbər verir ki, BAKU.WS-in məlumatına görə, qədimi tikiş maşınlarıyla bağlı bir neçə əfsanə yaranıb. Onlardan birinə görə “Zinqer” şirkəti 1998-ci ilə qədər istehsal olunan maşınlarının axtarışını elan edib.

İddialara görə, bu tikiş maşınlarını geri qaytaranlara minlərlə dollar mükafat veriləcək. Məhz buna görə antikvar həvəskarları kütləvi şəkildə tikiş maşınları almağa başlayıblar. Rəsmi olaraq bu iddialar təsdiqini tapmayıb.

Başqa bir əfsanəyə görə, “Zinqer”lərin ilk istehsal olunan nümunələrində qiymətli metal sayılan palladium (gümüşü-ağ rəngli qiymətli metal) var. Yaxın vaxtlarda hətta şayiə yayılıb ki, tikiş maşının orijinal iynələrində ən nadir maddə saylan — qırmızı civə var.

Qeyd edək ki, Azərbaycanda da bu cür antikvar maşınların baha qiymətə alışı ilə bağlı elanlara rast gəlinir. İddialar mövcud olsa da şirkət tikiş maşınlarının baha qiymətə geri alınması ilə bağlı rəsmi açıqla vermir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü