Modern.az

Uşaq bezlərinin tərkibində xərçəng törədən maddələr aşkarlanıb

Uşaq bezlərinin tərkibində xərçəng törədən maddələr aşkarlanıb

Aktual

26 Oktyabr 2016, 22:13

Yalnız Bakıda deyil, dünyanın hər yerində ən populyar uşaq bezi markalarından olan “Pampers”in tərkibində kanserogen maddələr aşkarlanıb. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, bunu “Asef” assosiasiyasının mütəxəssisləri bildiriblər.

 

Məlum olub ki, sözügedən uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur.

 

Bu birləşmələr uşaq bezlərinə körpələrin hissiyyatlı dərisini mühafizə etmək və qıcıqlanmanı aradan qaldırmaq xatirinə əlavə olunmuş maddələrin tərkibinə daxildir.

 

Assosiasiyanın rəhbəri Lüdvin Ferrer deyib ki, həmin kanserogen birləşmələr körpənin bədəninin ən zərif hissələri ilə az qala 24 saat ərzində kontaktda olur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı