Modern.az

Şəkidə Məcid Rəsulovun 100 illik yubileyi tədbiri keçiriləcək

Şəkidə Məcid Rəsulovun 100 illik yubileyi tədbiri keçiriləcək

Aktual

27 Oktyabr 2016, 18:07

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası davam edir.

 

Sabah Şəkidə Təhsil Nazirliyi, Milli Elmlər  Akademiyası, Bakı Dövlət Universiteti və Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə dünya şöhrətli riyaziyyatçı alim, AMEA-nın həqiqi üzvi, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Rəsulovun 100 illik yubileyinə həsr olunmuş tədbir və “Nəzəri və tətbiqi riyaziyyatın aktual problemləri”  adlı respublika elmi konfransıkeçiriləcək. Tədbir görkəmli alimin adını daşıyan küçədə barelyefinin açılışından sonra Şəki Dövlət Dram teatrında davam edəcək.

 

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Təhsil nazirinin müşaviri, AMEA-nın müxbir üzvi Yusif Məmmədov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru, professor Misir Mərdanov və başqalarının çıxışı, alim haqqında xatirələri dinləniləcək. Sonra yubileyə həsr olunmuş elmi konfrans öz işini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 9 bölmə üzrə davam etdirəcək. Konfransda riyaziyyatın ayrı-ayrı problemləri üzrə 100-ə qədər məruzə, o cümlədən Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin və gənc tədqiqatçılarının 50-dən çox məruzəsi dinləniləcək.

 

Qeyd edək ki, Bakl Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedoqoji İnstitutunun məzunu və aspirantı olmuş, özünün elmi istiqamətini yaratmış, riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Lətif oğlu Rəsulov XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı