Modern.az

Azərbaycan-Qaqauziya münasibətləri müzakirə edilib

Azərbaycan-Qaqauziya münasibətləri müzakirə edilib

8 Noyabr 2016, 11:18

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “İnvest Gagauzia” II Beynəlxalq İnvestisiya Forumunda iştirak məqsədilə 5-6 noyabr tarixində Moldova Respublikasında səfərdə olub. Modern.az xəbər verir ki, Forumda Moldova baş naziri Pavel Filip, Türkiyə baş nazirinin müavini Tuğrul Türkeş, Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax, Azərbaycanın Moldovandakı səfiri Qüdsi Osmanov və müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

G.Əfəndiyeva səfər zamanı Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.

Səfər çərçivəsində G.Əfəndiyeva ilə Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax arasında görüş keçirilib. G.Əfəndiyeva Fondun məqsəd və fəaliyyəti barədə məlumat verib, onun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradıldığını bildirib.

G.Əfəndiyeva qaqauzların Türk dünyasının önəmli bir parçası olduğunu vurğulayaraq qaqauz dilinin, adət və ənənələrinin, mədəni irsinin qorunmasının vacibliyini qeyd edib.

İ.Vlax öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və gələcək əməkdaşlığa inandığını bildirib. 

Görüş zamanı əməkdaşlığın perspektivləri qarşılıqlı şəkildə müzakirə edilib, qaqauzların tarixi-mədəni irsinin mühafizəsi və təşviqi məqsədilə ortaq layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü