Modern.az

Əməkdar artistin ölkədən çıxışına qadağa qüvvədə qalıb

Əməkdar artistin ölkədən çıxışına qadağa qüvvədə qalıb

8 Noyabr 2016, 12:08

Əməkdar artist Aygün Hümmətovanın ölkədən çıxışına qoyulan qadağa davam edir.

 

Modern.az xəbər verir ki, müğənninin adı  hələ də ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin siyahısındadır.

 

Digər müğənni Ramal İsrafilovun adı isə ötən siyahıda yer alsa da, bugünki siyahıya salınmayıb. Beləliklə R.İsrafilovun ölkədən çıxmasına qoyulan qadağa aradan qalxıb.

 

Qeyd edək ki, vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 379 nəfər, hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 684  nəfərə çatıb.

 

Xatırladaq ki, Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümmətovun ölümündə şübhəli bilinərək saxlanılıb.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

 

Gülşən RAUQFIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü