Modern.az

“Vətən bu günün gəncləri və yeniyetmələrinə güvənir”

“Vətən bu günün gəncləri və yeniyetmələrinə güvənir”

20 Oktyabr 2016, 15:11

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi oktyabrın 20-də Biləsuvar rayununda yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə tədbir keçirib. “Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində baş tutan görüşdə 3 saylı Cəbrayıl qəsəbəsindəki 9 saylı tam orta məktəbin şagird və müəllimləri, İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir köçkün qəsəbəsində yaşayan yeniyetmələr arasında vətənpərvərlik və Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa yönəlmişdi.

Layihənin eksperti Seymur Verdizadə bildirib ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Ekspert vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, apardığı mübarizədə onda inam hissini gücləndirdiyini xatırladaraq yuxarı sinifdə oxuyan yeniyetmələri bu məqamları yaddan çıxarmamağa çağırıb.  

“ Azərbaycan müstəqillik əldə edəndən sonra keçən müddət ərzində hökumət tərəfindən ölkədə gənclərinin vətənpərvərlik ruhunun gücləndirilməsi üçün bir sıra ciddi addımlar atılıb, maarifləndirici tədbirlər keçirilib. Amma bu işlərin davam etdirilməsi həm də vətəndaş cəmiyyəti qurucularının da başlıca vəzifəsi olmalıdır”,-deyə eksert tədbirin məram və məqsədlərini izah edib.

Cəbrayıl rayonu 9 saylı tam orta məktəbin direktoru Vəli Cəlilov vətəndaş cəmiyyətinin formalaşmasında  belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“ Bu gün Azərbaycan torpaqlarının 20 faizindən çoxu işğal altındadır və tarixi Vətən torpaqları üstündə Ermənistan adlanılan dövlət qurulub. Hər bir Azərbaycan gənci və yeniyetməsi ölkəmizin problemlərini,  işğal olunmuş ərazilərimizi və dədə-baba torpaqlarımızı yaxından tanımalı və tariximizi dərindən bilməlidir. Gənclərimiz milli ideoloqlarımızı tanımalı və əsərlərini oxumalıdırlar”,-deyə direktor vurğulayıb.

Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Sədaqət Ağayev bildirib ki, müstəqil respublikamızın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
“Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi qarşımızda durur. Dövlətçilik, vətəndaşlıq bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir”.

X sinif şagirdi İlhamə Qasımova isə deyib ki, atalarımızın böyük fədakarlıqlarla bizə qoyduqları Vətəni layiqincə qorumaq və yaşatmaq bu günün gəncləri və yeniyetmələri üçün əhəmiyyətli bir vəzifədir.

Tədbirdə yeniyetmələr mövzu ilə bağlı layihə təşkilatçılarına müxtəlif suallar ünvanlayıblar.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır