Modern.az

Məhkəmə Azərbaycan əsilli biznesmenin mülkiyyətinə  həbs qoydu

Məhkəmə Azərbaycan əsilli biznesmenin mülkiyyətinə  həbs qoydu

8 Noyabr 2016, 13:35

Rusiya İstintaq Komitəsinin əməkdaşları Azərbaycan əsilli oliqarx Solomon Manaşirovun mülkiyyətinə həbs qoyulması vəsatəti ilə çıxış ediblər. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə istintaq hərəkətləri müddətində biznesmenin əmlakına həbs qoyulub.

Qeyd etmək lazımdır ki, milyarder özü də qiyabi həbs olunub.

“Armada” ticarət mərkəzinə, eləcə də Solomon Manaşirovun digər şirkətlərinə həbs qoyulub. Bununla yanaşı, həbs olunan mülkiyyətlər sırasında ailənin Rublyovkadakı şəxsi mülkiyyətinin də bir hissəsi düşüb”, - hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Manaşirovlar ailəsinə məxsus “Kolambus” mərkəzi və keçmiş deputat İldar Samievin şirkəti ilə bağlı da istintaqda suallar yaranıb.

İstintaq ticarət mərkəzinin tikintisi ilə bağlı torpaq ayrılmasının qanuni olub-olmadığını da yoxlamağa başlayıb.

Solomon Manaşirov hazırda İsraildədir. İstintaq Komitəsi onu beynəılxalq axtarışa verib. Ona qarşı “Vergidən yayınma”, “Cinayətkar pulların leqallaşdırılması” maddələri ilə cinayət işi açılıb. Solomonun kiçik qardaşı Roman da istintaq altındadır.O, vəzifəli şəxsə rüşvət təklif etməkdə günahlandırılır.

Roman Manaşirov Moskvanın yəhudi icmasının üzvüləri arasında böyük nüfuza malikdir. 46 yaşlı biznesmen Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olub. O, Moskvada yəhudi icma mərkəzinin əsas sponsorlarından biri idi. Manaşirov həmçinin Rusiya paytaxtında xeyriyyə layihələrinin maliyyələşdirilməsində fəal iştirak edirdi.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü