Modern.az

Londonda Azərbaycana qarşı TƏXRİBAT

Londonda Azərbaycana qarşı TƏXRİBAT

8 Noyabr 2016, 16:12

Londonda “WTM-216” beynəlxalq sərgisi öz işinə davam edir.

 

Modern.az xəbər verir ki, sərgidə Ermənistanı və işğal altındakı Dağlıq Qarabağ ərazisini təmsil edən 3 şirkətdə iştirak edir. Ermənistanın İnkişaf Fondunun rəhbəri Karen Mkrtçyan sərgidə Qarabağ ərazisinin də beynəlxalq turizm marşrutu üçün təqdim edildiyin bildirib.

 

“London sərgisi dünyanın 180 ölkəsindən olan turizm şirkətlərinə, agentlərə və ziyarətçilərə Ermənistanın və Qarabağın turizm potensialını dəyərləndirməyə imkan verəcək”. Ermənistan pavilyonunda işğal altındakı torpaqlarda qalan tarixi abidələr, xüsusən alban kilsələrinin marşrutları təqdim olunub.

 

Qeyd edək ki, noyabrın11-nə qədər davam edəcək London beynəlxalq turizm sərgisi hər il 180 ölkədən 5 min turizm şirkəti və 50 min ziyarətçi cəlb edir.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü