Modern.az

Putin Trampı təbrik etdi

Putin Trampı təbrik etdi

Aktual

9 Noyabr 2016, 13:04

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünya ölkələrin liderlərindən təbrikləri almağa başlayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən məlumat verir ki, onu ilk təbrik edən prezidentlərdən biri Rusiya dövlət başçısı Putin olub.

 

Donald Trampa təbriklərini çatdıran Putin iki ölkənin münasibətlərində son dövrlər müşahidə olunan problemlərin geridə qalacağını və beynəlxalq proseslərdə birgə əməkdaşlıq edəcəklərinə ümidini ifadə edib.

 

"Əminəm ki, Moskva və Vaşinqton arasında bərabərhüquqluluq, qarşılıqlı hörmət, biri-birinin mövqeyinin nəzərə alınması prinsipləri əsasında konstruktiv dialoqun qurulması ölkələrimizin xalqlarının və dünya ictimaiyyətinin maraqlarına xidmət edir", - deyə Rusiya lideri qeyd edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü