Modern.az

Keçmiş məhbus qonşusunu öldürdü

Keçmiş məhbus qonşusunu öldürdü

Aktual

9 Noyabr 2016, 14:07

Ağdaşda keçmiş məhkum qonşusunu qətlə yetirib.

 

Modern.az-a Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 8-də Ağdaş şəhərində rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqla qətlə yetirib.

 

Ağdaş RPŞ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində R.Qurbanov tutulub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü