Modern.az

Problemli kreditlərin həcmi kəskin artıb

Problemli kreditlərin həcmi kəskin artıb

Aktual

10 Noyabr 2016, 10:42

Problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb.

 

Modern.az-ın məlumatına görə, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov bildirib ki, 2016-cı il başlayanda bu göstərici 1 milyard 314 milyon manat olub:

 

“Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir.

Qeyd edim ki, sözügedən dövrdə, ümumi kredit portfelini həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də və yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi.

Mərkəzi Bank kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xəttləri üzrə qeydə alınır.

 

Monitorinqlər göstərir ki, problemli kreditlər “ümüdsiz kreditlər” kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir. Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Deməli, kompensasiya verməməklə “maliyyə intizamını” qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu "intizamı" pozmuş oldu”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı