Modern.az

Əhali gəlirlərinin 78,9 faizini son istehlak xərclərinə yönəldir

Əhali gəlirlərinin 78,9 faizini son istehlak xərclərinə yönəldir

İqtisadiyyat

15 Noyabr 2016, 21:42

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 36635,8 milyon manata çatıb. Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 78,9 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 33,308 milyard manat olub.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12103,9 milyon manat vəsait daxil olub. Büdcədən 12468,2 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranan 364,3 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,7 faizi səviyyəsində olub.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16785,1 milyon manat təşkil edib, onun 13173,7 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il oktyabr ayının 1-i ilə müqayisədə 12,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il oktyabr ayının 1-nə 7813,9 milyon manat təşkil edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır