Modern.az

Müəllimlər maaş almadıqlarını deyirlər, Bakı Təhsil İdarəsi isə əksini...

Müəllimlər maaş almadıqlarını deyirlər, Bakı Təhsil İdarəsi isə əksini...

Təhsil

16 Noyabr 2016, 10:08

Bakıdakı bəzi orta ümumtəhsil məktəblərində çalışan müəllimlər hələ də oktyabr ayının maaşını almayıblar. Maaş alan məktəblərin müəllimlərinə isə sentyabrda müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilməyib.

Bu haqda Modern.az-a Suraxanı rayonundakı orta məktəblərdə çalışan müəllimlər məlumat veriblər.

Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bütün müəllimlərin maaşı verilib:

 

“2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatdıqdan sonra bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına  köçürülüb.

Eləcə də sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilib”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü