Modern.az

Azərbaycan gömrüyündəki cinayət faktları açıqlandı

Azərbaycan gömrüyündəki cinayət faktları açıqlandı

Aktual

16 Noyabr 2016, 11:47

Bu ilin 10 ayı ərzində gömrük hüquqpozmaları haqqında aşkar edilən cinayət xarakterli fakların sayı açıqlanıb.

Modern.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu müddət ərzində 423 cinayət xarakterli fakt aşkarlanıb.

Bunlardan 251-i qaçaqmalçılıq, 105-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Tutulmuş narkotik vasitələrin miqdarı 1 132 617.4690 qram, tutulmuş psixotrop maddələrin miqdarı 98.2905 qram olub.

Məlumata görə, gömrük ödənişlərinin ödənilməsindən yayınan 6 fakt qeydə alınıb. Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etməyə görə 75 fakt aşkarlanıb.

Digər cinayət xarakterli faktların sayı isə 101 olub.

Ümumilikdə aşkarlanan 423 fakta görə 475 şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir