Modern.az

Şagirdinə təcavüz etməkdə ittiham olunan direktor haqda rəsmi AÇIQLAMA

Şagirdinə təcavüz etməkdə ittiham olunan direktor haqda rəsmi AÇIQLAMA

Ölkə

16 Noyabr 2016, 13:22

Zərdab rayon Təhsil şöbəsi Şahhüseynli kənd orta məktəbinin şagirdinə qarşı əxlaqsızlıqda ittiham olunan direktoru Ceyhun Tofiqli ilə bağlı rəsmi açıqlama verib.

Təhsil şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan hadisə noyabrın 14-də saat 23:00 radələrində baş verib:

“Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb. Ana bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib”.

Məlumata görə, şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında hələ ki cinayət işi açılmayıb.

Hazırda iş rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.

Rəsmi məlumatda o da bildirilir ki, Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib.

Qeyd edək ki, dünən yayılan xəbərlərdə məktəb direktoru  şagirdə təcavüz etməkdə ittiham olunub. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilib.


Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü