Modern.az

Gələn ilin büdcəsində xərclər DƏYİŞDİRİLDİ

Gələn ilin büdcəsində xərclər DƏYİŞDİRİLDİ

İqtisadiyyat

17 Noyabr 2016, 13:19

Maliyyə Nazirliyi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və 2017-ci il dövlət və icmal büdcələrinin layihələrini yenidən ictimaiyyətə təqdim edib.

Modern.az-ın məlumatına görə, büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib.

Beləliklə, gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri isə 16,6 mlrd. manat məbləğində prqonozlaşdırılıb. 2017-ci ildə mərkəzləşdirilmiş gəlirlər 22,087 mln. manat artırılaraq 15 mlrd. 334 mln. 706 min manat, yerli gəlirlər isə 22,087 mln. manat azaldılaraq 620 mln. 294 min manat səviyyəsində proqnozlaşdırılıb. Eyni zamanda, gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclər üzrə proqnozun 29,556 mln. manat artırılaraq 15 mlrd. 911 mln. 286 min manat, yerli xərclər isə 29,556 mln. manat azaldılaraq 688 mln. 714 min manat məbləğində təsdiq edilməsi təklif olunub.

Yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud 1,027 mlrd. manat artırılaraq 1,615 mlrd. manatdan 2,642 mlrd. manata çatdırılıb. 

Bu vəsaitin 1 269,9 mln. manatı müdafiə qüvvələri, 111,9 mln. manatı milli təhlükəsizlik, 2,6 mln. manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 257,6 mln. manatı isə digər kateqoriyalara aid edilməyən sahələrin payına düşüb.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə burada tanış olmaq mümkündür.

2017-ci il dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına buradan  baxmaq olar.


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır