Modern.az

Mətbuat Şurasında «İşıq» qəzetinin 100 yaşı qeyd ediləcək

Mətbuat Şurasında «İşıq» qəzetinin 100 yaşı qeyd ediləcək

Təhsil

3 Mart 2011, 16:50

Mətbuat Şurasında «İşıq» qəzetinin 100 yaşı qeyd ediləcək. İlk qadın qəzeti olan nəşrin yubileyinə həsr olunmuş mərasim martın 4-də saat 12.00-da baş tutacaq.

Tədbirdə «İşıq»ın yaranma tarixindən, saylarını ərsəyə gətirən insanlardan, mövzu dairəsindən, peşəkarlıq xüsusiyyətlərindən, milli jurnalistikamızın tarixindəki yeri və rolundan söhbət açılmaqla yanaşı, ölkəmizin qadın mətbuatının müasir durumu ətrafında da müzakirələr aparılacaq.

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutacaq mərasimdə auditoriyanın əsasını ömür-gününü milli mətbuatımızla bağlayan zərif cinsin təmsilçiləri təşkil edəcək. Sahəni tədqiq edən alim və mütəxəssislər də tədbirə dəvət olunublar.

Qeyd edək ki, «İşıq» qəzetinin ilk sayı 22 yanvar 1911-ci ildə çıxıb. 1912-ci ilədək cəmi 68 sayı işıq üzü görən nəşrin redaktoru Xədicə Ələddin qızı Əlibəyova, naşiri Mustafa bəy Əlibəyov olub. «İşıq» maarifçi ideyalarla gündəmə gəlib, cəmiyyəti qadınların taleyini düşünməyi, müasirləşmənin qaçılmaz tarixi proses olduğunu təlqin edib, dövrünün ziyalı qadınlarını ətrafında cəmləşdirməyi bacarıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü