Modern.az

Bulvarda dəniz gəzintisində niyə köhnə katerlərdən istifadə olunur?

Bulvarda dəniz gəzintisində niyə köhnə katerlərdən istifadə olunur?

4 Mart 2011, 11:42

İstirahət üçün Bakıdakı Dənizkənarı Bulvara üz tutan insanların bir çoxu dəniz gəzintisində iştirak etməyə üstünlük verir. Bulvar İdarəsi dəniz gəzintisinin təşkilində bir neçə katerdən istifadə edir ki, onlar da sovet dövründən qalmadırlar.

Mütəxəssislər hesab edir ki, bu katerlərin istismar müddəti başa çatdığından insan həyatı üçün təhlükə yaradır. Bəs aidiyyatı qurumlarda nə düşünürlər?
Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirilməsi ücün əvvəlcə Bulvar İdarəsi ilə əlaqə saxlayıb. Lakin oradan bildiriblər ki, dəniz gəzintisində istifadə olunan katerlərə görə məsuliyyət daşımırlar.
Belədə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ilə əlaqə saxladıq. Limanın mətbuat katibi Rafael Mirqulamov Modern.az-a açıqlamasında dəniz gəzintisində istifadə olunan gəmilərin köhnə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, katerlər hər il təmir olunur və register xidmətindən kecir. “Düzdür, katerlər köhnədir, amma hər il onlar təmir olunur və müfaviq qurumlar da bu katerlərin yararlı olduğunu təsdiq edir və bundan sonra onlar suya buraxılır. Bundan əlavə, katerlər bütün xilasedici vasitələrlə təmin olunub”.

Limanda olan mövcud katerlərin yeniləri ilə əvəz olunub olunmamasına gəlincə isə R.Mirqulamov bildirib ki, hazırki maliyyə vəziyyəti buna imkan vermir.
“Bildiyiniz kimi, limanın Ələt qəsəbəsinə köçürülməsi prosesinə başlanılıb. Hazırda bu məsələ ilə bağı ilkin işlər də aparılır”.

R.Mirqulamovun sözlərinə görə, yeni limanda bütün infrasturuktur da yeniləşəcək: “Yeni liman istifadəyə verildikdə nəzərdə tutulur ki, orda bütün avadanlıqlar da yeni olacaq. İndiki şəraitdə isə bu katerlər vasitəsilə insanlara xidmət göstərilir. Düzdü onlar olduqca göhnədir, ancaq bununla belə gəmilərin təhlükəsizliyi  qorunur. Hər mövsümqabağı təmir olunur. Hazırda da mövcud gəmilər təmirdədir”.

Sədaqət SÜLEYMANOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı