Modern.az

Deputat “Lider”dən niyə çıxdı? – Özü AÇIQLADI

Deputat “Lider”dən niyə çıxdı? – Özü AÇIQLADI

24 Noyabr 2016, 11:06

Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev uzun illərdir çalışdığı “Lider” telekanalından çıxarılması barədə yazılan iddialara cavab verib.

 

Deputat Modern.az-a açıqlamasında ilkin olaraq barəsində yayılan məlumatların  informasiya yükü olmadığını bildirib:

İkincisi, mən deputat seçiləndən “Lider” televiziyasının işçisi hesab olunmurdum. Yəni adım rəsmi işçilərin siyahısında yox idi ki, oradan da çıxarıla. Bu haqda yazılanlar həqiqəti əks etdirmir.

Mənim “Lider” televiziyasına iş yeri olaraq böyük sayğım olub, orada işləməyimlə həmişə fəxr etmişəm. Bu gün də həmin sayğım var və həmişə də olacaq.

Veriliş aparmamaq məsələsinə gəlincə, analitik proqramın nə olduğunu bilən, həqiqətən onun məsuliyyətini dərk edən adam bilir ki, onu hazırlamaq nə dərəcədə ağır bir işdir, nə dərəcədə vaxt və məsuliyyət tələb edir”.

 

S.Alıyev bildirib ki, hazırda səhhətində yaranan problemdən dolayı televiziyadakı işindən ayrılmaq məcburiyyətində qalıb:

 

“Mənim səhhətimdə müəyyən problemlərim var. Bu problemlər aradan qalxan kimi televiziya fəaliyyətimi davam etdirəcəyəm.

Mən özümü bütün jurnalist həmkarlarım kimi informasiya əsgəri sayıram, baxmayaraq ki, həm də millət vəkiliyəm. Bir az pafoslu səslənsə də, bu mənim içimin diqtə etdiyi bir reallıqdır. Bu mənim peşəm, sənətimdir”.

Parlament üzvü əmək haqqı almadan “Lider”dəki işinə davam etmək istəməsilə bağlı yazılanlara da aydınlıq gətirib:

“O cümlə özü tamamilə cəfəngdir. Mən onsuz da xeyli vaxtdır əmək haqqı almadan “Lider”də çalışırdım”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü