Arxiv
1 Noyabr 2009, 10:31 | QARABAĞ
"BakuTel 2009" sərgisi başlayır

Bu gün Bakıda Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransı başlayır. Bu il tədbir öz yubileyini qeyd edir. Artıq 15 ildir ki, sərgi rabitə və informasiya texnologiyaları sahəsinin peşəkar şəxslərinin ənənəvi görüş yerinə çevrilib.

Modern.az xəbər verir ki, Böyük Britaniyanın ITE Group Plc şirkəti və onun Azərbaycandakı tərəfdaşı Iteca Caspian şirkəti tərəfindən təşkil olunan bu sərgi nəinki Qafqaz və Xəzəryanı regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ən böyük hadisəsi, həmçinin Azərbaycanda biznesin inkişafı üçün bir platformadır. Sərginin keçirilməsinə rəsmi dəstək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilir. Tədbir həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi, Rabitə sahəsində Regional Birlik, İKT və İnkişaf üzrə Qlobal Alyans (GAID) kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
Artıq 15 ildir ki, “Ericsson”, “Nokia-Siemens Networks”, “Iskratel”, “Alcatel-Lucent”, “Huawei”, “Hewlett Packard”, “Gilat”, “Microsoft”, “Avirtel”, “Measat”, “Orbital” və digər şirkətlər bu sərginin iştirakçılarıdır.
“BakuTel-2009” sərgisində dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin iştirakı gözlənilir.
Sərginin daimi iştirakçıları, Azərbaycanın mobil operatorları – “Azercell”, “Azerfon”, “Bakcell”; telekommunikasiya və informasiya texnologiyaları şirkətləri “Aztelecom”, BTRIB, “Delta Telecom”, “Iskratel”, “Microsoft”, “Ultra”, “Nokia Siemens Networks”, “Caspel”, “Bestcomp Group”, “R.I.S.K.”, “Sinam”, “Smart Systems Technology” kimi şirkətlər ilə yanaşı, “ZTE Corporation” (Çin), “Caspian Navtel” (Azərbaycan), “Idrak Technology Transfer” (Azərbaycan), “Headtechnology” (Azərbaycan), “IT Solutions” (Azərbaycan), “Azedunet” (Azərbaycan), “Connect” (Azərbaycan), “Azlanit” (Böyük Britaniya-Azərbaycan), “Silverkey Azerbaijan” (ABŞ), “Pirelli Broadband Solutions” (İtaliya), “Özkabel” (Özbəkistan) və bir çox digər yeni qurumların qatılacağı gözlənilir.
Ənənəvi olaraq, sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti iştirak edəcək, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkətinin də adı var.
Ümumilikdə, sərginin ekspozisiyası bundan ibarət olacaq: telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, tele-radio-yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-biznes və e-hökumət sistemləri, Wi-Fi və digər simsiz rabitə texnologiyalarının internetə çıxışı.
Sərginin ikinci günü, 5 noyabr tarixində “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək. Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə və mobil rabitə sektorları, habelə ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Burada iştirakçılar həmçinin müəssisələrin biznes proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş ən son həll variantları ilə tanış ola biləcəklər. Konfransda aparıcı beynəlxalq və yerli informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin mütəxəssislərinin öz məruzələri ilə çıxışları gözlənilir. Onlar böyük məmnuniyyətlə iştirakçıları proqram təminatı və informasiya texnologiyaları sahəsində əldə edilmiş ən son nailiyyətlər ilə tanış edəcəklər.
Bundan əlavə, konfrans çərçivəsində tibb, eləcə də elektronika sahələrində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiyaların təşkili planlaşdırılır. Yaponiya və Türkiyənin tanınmış universitetlərinin alim və professorları, eləcə də Azərbaycan alimləri öz məruzələri ilə çıxış edəcək və böyük məmnuniyyətlə öz elmi əsərləri və araşdırmaları ilə bölüşəcəklər.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53