Modern.az

Rayonlara dotasiya verilməsi məsələsinə yenidən baxıla BİLƏR

Rayonlara dotasiya verilməsi məsələsinə yenidən baxıla BİLƏR

Ölkə

2 Dekabr 2016, 13:57

Maliyyə naziri Samir Şərifov parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin yerli icra hakimiyyəti orqanlarına dotasiyasının kəsilməsi ilə bağlı iradına cavab verib.

Modern.az-ın xəbərinə görə, 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Samir Şərifov icra hakimiyyətlərinə ayrılan dotasiyaların mexanizmini belə izah edib: “Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq.

 

Məhz bu səbəbdən də bu zaman struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə qaldırılan məsələ yeni deyil.

Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapılıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir. Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır. Bunun üçün hansısa mexanizm olmalıdır.

 

Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur.

 

Buna baxmayaraq, dövlət tərəfindən bu istiqamətdə vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. Düzdür, iri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi rayonlarda isə daha azdır”.

Samir Şərifov xüsusi vurğulayıb ki, rayonlara ayrılması nəzərdə tutulan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü