Modern.az

“Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir”

 “Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir”

Aktual

9 Dekabr 2016, 13:23

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

M.Mard bildirib ki, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəalyyətini dəstəkləyir: "Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir".

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bəyan edib ki, Ermənistanın destruktiv siyasəti nəticəsində Hamburqda ATƏT XİNŞ çərçivəsində "2+3" formatında görüş baş tutmayıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü