Modern.az

“Heydər Əliyev və Müstəqil Azərbaycan” müsabiqəsinin qaliblər müəyyənləşdi

“Heydər Əliyev və Müstəqil Azərbaycan” müsabiqəsinin qaliblər müəyyənləşdi

Aktual

9 Dekabr 2016, 16:36

Dünya Türk Gənclər Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin nəticələri məlum olub.

Bu barədə Modern.az-a Dünya Türk Gənclər Birliyindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, artıq müsabiqə ilə bağlı münsiflər heyəti toplanıb və yaxın günlərdə qaliblərin iştirakı ilə mükafatlandırma mərasimi baş tutacaq.

Xatırladaq ki, müsabiqə iştirakçılarına tutduqları yerə görə müvafiq olaraq bu qədər mükafat veriləcək:

 

-         Birinci yerin qalibi 1000 AZN,

-         İkinci yerin qalibi 800 AZN,

-         Üçüncü yerin qalibi isə 600 AZN

 

Bundan başqa, müsabiqədə 3 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaq.

 

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü