Modern.az

Azərbaycanın Türkiyədəki eks-səfiri: “Diplomata atəş açmaq ən böyük alçaqlıqdır”

Azərbaycanın Türkiyədəki eks-səfiri: “Diplomata atəş açmaq ən böyük alçaqlıqdır”

Ölkə

20 Dekabr 2016, 11:40

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada rəsm sərgisinin açılışında polis işçisi Mövlud Mert tərəfindən qətlə yetirilməsi beynəlxalq aləmdə də narahatlıq doğurub. Baş verən terror hadisəsi ilə bağlı siyasi dairələrdə müzakirələr aparılır.

1992-2005-ci illərdə Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışmış Məmməd Əliyev Modern.az saytına açıqlamasında rusiyalı diplomata qarşı təşkil edilmiş terror hadisəsindən təəssüfləndiyini bildirib.
 

“Düzü, dünən Türkiyədə törədilən terror hadisəsi  mənə çox pis təsir edib. Bu, diplomatik nümayəndəyə qarşı alçaqcasına törədilmiş terror hadisəsidir. Keçmiş səfir olaraq, Türkiyədə xarici diplomata qarşı həyata keçirilən terror hadisəsini lənətləyirəm və pisləyirəm”.

Eks-səfirin sözlərinə görə, Andrey Karlova atəş açmaq insanlıq adına yaraşmayan davranışdır.

“Səfir xarici ölkədə öz dövlətini, diplomatiyanı təmsil edir. Səfirə atəş açmaq ən böyük alçaqlıqdır. Polis nişanı ilə məkana daxil olub, atəş açmaq insanlıq adına yaraşmayan hərəkətdir. Səfir iki ölkə arasında sülh yaradan, bəzi problemlərin həll edilməsinə səy göstərən bir diplomatdır. Həm də qonaqdır, elçidir. Belə bir elçiyə, Rusiya kimi bir dövlətin nümayəndəsinə atəş açmaq provakasiya işidir. Terrordur. Başqa cür ola da bilməz”.

 Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü