Modern.az

2017-ci ildə qəbul imtahanlarına cəlb ediləcək nəzarətçi müəllimlərin sayı bəlli oldu

2017-ci ildə qəbul imtahanlarına cəlb ediləcək nəzarətçi müəllimlərin sayı bəlli oldu

29 Dekabr 2016, 10:13

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların «Nəzarətçilərin elektron qeydiyyatı» sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb. 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2076 orta təhsil müəssisələrindən 14817 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1508 nəfəri test imtahanlarında ilk dəfə iştirak edəcək müəllimlərdir. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır