Modern.az

Səhiyyə Nazirliyi: Virusa yoluxanların 20 faizi uşaqlardır

Səhiyyə Nazirliyi: Virusa yoluxanların 20 faizi uşaqlardır

5 Yanvar 2017, 12:51

“2016-cı ilin oktyabr ayından indiyədək tibb müəssisələrindən Respublika Taun Əleyhinə Stansiyaya kəskin respirator viruslu xəstələrdən götürülmüş 258 müayinə materialı daxil olub”.

 

Bu haqda Modern.az-a Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova məlumat verib.

 

O bildirib ki, daxil olan müayinələrdən 5-də paraqrip, 6-da adena virus aşkarlanıb:

“Daxil olan müraciətlərdən 20 faizi 17 yaşına qədər uşaqlarla bağlı, qalanları isə müxtəlif yaş təbəqələrindən olan xəstələrdəndir”.

Xəstələr arasında ağırlaşma hallarına gəlincə, nazirlik rəsmisi bu barədə məlumat verməkdən imtina edib:

“Bizə daxil olan nümunələrin heç birində patogen qrip virusu aşkar olunmayıb. Paraqrip, adena virus qripəbənzər infeksiyalardır. Əsasən yuxarı tənəffüs yollarının infeksiyasıdır. Burada da qrip kimi öskürək, asqırmaq, yüksək hərarət, ümumi halsızlıq kimi simptomlar müşahidə edilir. Ağırlaşma halları ilə bağlı bizdə məlumat yoxdur. Biz yalnız daxil olan nümunələrin laborator müayinəsini aparırırq”.

 

R.İsmayılova özündə qrip əlamətləri hiss edən şəxslərin həkim müayinəsindən keçməsini tövsiyə edib.


Qeyd edək ki, son vaxtlar Azərbaycanda ötüb keçməyən, ağır formalı qrip virusu yayılıb. Xəstəlikdən əziyyət çəkənlər hətta dərmanların da təsirsiz qaldığını deyirlər...

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır