Modern.az

Gənc ana Misir cəmiyyətini iki yerə bölüb

Gənc ana Misir cəmiyyətini iki yerə bölüb

Dünya

13 Yanvar 2017, 20:55

Gənc misirli qadın Qadir Makavi sosial şəbəkələrdə etiraf edib ki, nikahdan kənar uşaq dünyaya gətirib. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un “Sputnik Arabic” agentliyinə istinadən məlumatına görə, , qadın bir neçə il əvvəl bir gənclə tanış oldugunu bildirib.

Qadının sözlərinə görə, atası bu izdivaca razı olmayıb. Gənclər nikaha daxil olmadan bir yerdə yaşayıblar, qız hamilə qalandan sonra isə sevgilisi onu ataraq gedib.

 

Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi 2017-ci ili ölkə üzrə “Qadın ili” elan edib.

 

Makavinin etirafları Misir cəmiyyətini iki yerə bölüb. Belə ki, bəziləri qadını cəsarətinə görə dəstəklədiklərini bildirir və konservativ cəmiyyətin nifrətindən qorxmadığı üçün ona haqq qazandırır. Digərləri isə Qadiri ittiham edirlər ki, o, öz ayıbını aşkar edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı