29 mart 2017, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Jurnalistlər 2016-cı ilin fəal deputatlarını seçdilər - SİYAHI
Jurnalistlər 2016-cı ilin fəal deputatlarını seçdilər - SİYAHI
16.01.2017, 16:20

Parlament Jurnalistləri Birliyi (PJB ) beşinci çağırış Milli Məclis deputatlarının 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb.


PJB-nin sədr müavini Aqil Aslan Modern.az-a bildirib ki, sorğuda Milli Məclisdə akkreditasiya olunan jurnalistlər iştirak edib:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçiririk. Bu, sayca 11-ci sorğumuzdur. Parlament jurnalistləri deputatların fəaliyyətini daha yaxından izləmək imkanına malikdirlər. Ona görə də onların seçimi daha obyektiv qiymətləndirilir. Bu il də qərara gəldik ki, üzvlərimiz arasında sorğu keçirib ötən ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək. Əslində, bu, həm də deputatlarımızın bir daha cəmiyyətə tanıdılması, yaxşı mənada deputatlar arasında rəqabət mühitinin yaradılması və jurnalistlərlə deputatlar arasında sıx əməkdaşlığa xidmət edən bir layihədir”.

 

A.Aslan deyib ki, sorğu nəticəsində “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibi Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva olub:

“Millət vəkili Mehriban Əliyeva ötən il 28 May - Respublika günü münasibəti ilə "Amnistiya haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etdi. Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi Amnistiya aktının qəbulu ilə 3500 nəfər məhkumluqdan azad edilib, ümumilikdə bu akt 10 minə qədər insanı əhatə edib. Parlament jurnalistlərinin böyük əksəriyyətinin fikrincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər. Bununla onu demək istəyirəm ki, Mehriban Əliyeva daha iki nominasiya üzrə də qalib olub”.

 

“İlin ən fəal deputatı" nominasiyasının qalibləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Əflatun Amaşov və Çingiz Qənizadə olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə plenar iclaslarda gündəliyə dair təkliflər və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

 

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Yevda Abramov, Vahid Əhmədov və Əli Məsimli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardımçı olduqlarına görə müəyyən ediliblər.

 

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri isə Səməd Seyidov, Bahar Muradova, Fuad Muradov, Sevinc Fətəliyeva, Azay Quliyev, Rövşən Rzayev və Cavanşir Feyziyevdir. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

 

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.03.2017, 00:56

Güləşçilərimiz 1 qızıl, 1 bürünc medal qazandı

29.03.2017, 00:34

Ata 7 yaşlı oğlunu çəkiclə öldürdü

29.03.2017, 00:24

Mətbuat üçün akkreditasiyadan keçmə müddəti uzadıldı

29.03.2017, 00:12

Pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur

28.03.2017, 23:49

Həyat yoldaşı müəlliməni qətlə yetirib

28.03.2017, 23:45

Azərbaycanlı alimin  dünyanın qlobal problemi ilə bağlı Almaniyada kitabı çıxıb

28.03.2017, 23:35

“Fransa öz ərazisində prezidentilərin görüşünü təşkil etməyə hazırdır”

28.03.2017, 23:25

Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu ƏMƏLİYYATLARI – “Qara Kəmər”, “Qartal”....

28.03.2017, 23:19

Avtomobil dayanacaqdan cərimə meydançasına aparılıb - VİDEO

28.03.2017, 23:03

Konqoda BMT əmıkdaşları qətlə yetirilib

28.03.2017, 22:48

Messi 4 oyunluq cəzalandırılıb

28.03.2017, 22:34

“Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edir”

28.03.2017, 22:18

İki ailə evsiz qaldı

28.03.2017, 22:10

Ən rüşvətxor siyasətçilər - MARAQLI

28.03.2017, 22:01

Daha bir prezident səlahiyyətlərini artırır

28.03.2017, 21:45

Həmsədrlər Qarabağa gedib

28.03.2017, 21:38

Gec yaşda ana olmağın ÜSTÜNLÜKLƏRİ

28.03.2017, 21:32

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq müzakirə edilib

28.03.2017, 21:18

Eldar Namazovdan AXC liderlərinə İTTİHAM: "Hökumət mənə siyahı verdi"

28.03.2017, 21:07

Şotlandiya parlamenti referendumu dəstəkləyir

28.03.2017, 20:53

Ünvanlı sosial yardım ala bilməyənlərə yenilik - Video

28.03.2017, 20:38

Cəlilabadda əkin sahələri su altında qalıb

28.03.2017, 20:28

Piton 25 yaşlı oğlanı udub

28.03.2017, 20:14

Bakıda yeni konsepsiyalı ilk kompleks kitabxana açılıb

28.03.2017, 20:00

Müəllimlərin yaşadığı binadakı yanğın sondürülüb - Yenilənib

28.03.2017, 18:51

Rusiya və İran arasında viza rejimi qismən ləğv olundu

28.03.2017, 18:44

Ruhani: "Rusiya-İran-Azərbaycan əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir"

28.03.2017, 18:38

Qarabağda erməni əsgəri öldü

28.03.2017, 18:19

Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib

28.03.2017, 18:10

Nəsimi rayonunda yeni yarmarka istifadəyə verildi

28.03.2017, 18:05

“İRƏLİ” Mart Soyqırımı aksiyasına start verir

28.03.2017, 17:53

Yumurta ucuzlaşırsa, toyuq ətinin qiyməti niyə düşmür?

28.03.2017, 17:18

Dolların sabahkı MƏZƏNNƏSİ

28.03.2017, 17:16

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

28.03.2017, 17:04

Sahib Kərimli AXCP-dən çıxarıldı, Əli Kərimliyə savaş açdı

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(3.67%)
Azərbaycan Dövlət İqtisad Universiteti(5.30%)
Bakı Dövlət Universiteti(17.1%)
Bakı Ali Neft Məktəbi(1.22%)
Azərbaycan Dillər Universiteti(49.3%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.85%)
Azərbaycan Texniki Universiteti(2.04%)
Azərbaycan Tibb Universiteti(2.85%)
Bakı Slavyan Universiteti(2.44%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(13.0%)