Modern.az

Dünyanın ən bahalı şəhərləri – Siyahıda Bakı da var

Dünyanın ən bahalı şəhərləri – Siyahıda Bakı da var

İqtisadiyyat

17 Yanvar 2017, 17:17

ABŞ-ın dünyada ən böyük elektron bazaya malik “Numbeo” saytı “Həyat yaşayışı indekis 2017” adlı hesabat yayımlayıb.

 

 Modern.az xəbər verir ki, indeksdə dünyanın ən bahalı 484 şəhərinin adı yer alıb. Reytinq tərtib olunarkən ərzaq məhsulları və nəqliyyat qiymətləri, kommunal xərclər, restoranlardakı qiymətlər və s. kriteriyalar əsas götürülüb.

 

Dünyanın ən bahalı  şəhəri adını Bermud Adalarının Hamilton şəhəri alıb. İsveçrənin Cenevrə (2), Bazel (3), Sürix (4), Zuq (5), Lozanna (6), Bern (7), Luqano (8), Norveçin Tronheym (9) və İslandiyanın Reykyavik (10) şəhərləri tutub.

 

Siyahıda Bakı dünyanın ən bahalı 484 şəhəri arasında 453-cü, İstanbul 376-cı, Ankara 403-cü, İzmir 412-ci, Yerevan 424-cü, Tbilisi 457-ci, Kiyev 458-ci, Lvov 475-ci, Tehran 375-ci, Sankt-Peterburq 361-ci və Moskva isə 346-cı pillədə qərarlaşıb.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır