Modern.az

Azərbaycanın partiya sədrlərindən Donald Trampla görüşmək istəyənlər var...

Azərbaycanın partiya sədrlərindən Donald Trampla görüşmək istəyənlər var...

21 Yanvar 2017, 12:27

Yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqarusiya mərasimi keçirildi. Donald Tramp artıq rəsmi şəkildə ABŞ-ın prezidenti kimi fəaliyyətə başlayıb.

Azərbaycanda partiya rəhbərlərindən Trampla görüşmək istəyənlər varmı? Trampla görüşəcəkləri təqdirdə ona nə demək istəyərdilər?

Modern.az saytı məsələ ilə bağlı partiya sədrlərinin fikirlərini öyrənib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla bir dəfə görüşdüyünü deyib.

“ Bizim görüşümüz Nyu-Yorkda baş tutmuşdu. Mən Ziya Məmmədovun oğlu kimi bunu reklam etməmişəm. Mən Trampla əgər yenidən görüşsəm, ondan bir xahişim olar. Demokratiyanın bərpa olunmasında fəda ol!  Yəni bütün ölkələrdə demokratik cəmiyyətlər daha güclənsin və demokratik bir quruluş yaransın, demokratiyaya böyük hörmət olsun. Bir də terrorçuluqla məşğul olan dövlətlərə qarşı çox sərt mövqe sərgiləməsini istəyərdim. Ən əsas da Ermənistan dövlətinə qarşı”.

Hafiz Hacıyev Donald Trampla görüşü barədə planlarının olduğunu bildirib.

“Mən mart və ya aprel ayında Vaşinqtona səfər etmək fikrindəyəm. Bu barədə səfirliklə də məsləhətləşmələr aparmışam. Özümün də Amerikada keçmiş əlaqələrim var. ABŞ Senatında mənim dostlarım var. Mənim onlarla əlaqəm nazir olduğum vaxtlardan yaranıb. Telefon əlaqələrim də olub. Çalışacam ki, onlarla da görüşüm olsun və 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı məsləhətləşmələr aparmaq istəyirəm”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə böyük məmuniyyətlə Donald Trampla görüşmək istədiyini deyib.
“Əgər mən Tramla görüşə bilsəydim, Azərbaycan- Amerika münasibətləri, Azərbaycanda demokratiyanın vəziyyəti kimi məsələləri müzakirə etmək istəyərdim”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Donald Tramp ilə görüşmək istəmir.

“Çünki bilirəm ki, bu mümkün olmayan bir seydi. Mən real olanları daha çox düşünürəm. Ona görə də hesab etmirəm ki, nə Trampın mənimlə görüşməyə həvəsi, vaxtı, imkanı olar, nə də mənim elə bir arzum və istəyim var”.

 

Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib ki, onun Tramla görüşməyə nə istəyi var, nə də hər hansı planı.


Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü