Modern.az

Masallıda ev quşları kütləvi qırılır

Masallıda ev quşları kütləvi qırılır

21 Yanvar 2017, 21:10

Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunur. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, tələfat halları əsasən rayonun Qızılavar, Kolatan və bir neçə digər kəndlərində vətəndaşlara məxsus fərdi təsərrüfatlarda müşahidə olunur.

Onların sözlərinə görə, hadisə əksər təsərrüfatlarda ötən gündən səhər saatlarından müşahidə olunur. Vətəndaşlar ev quşlarına müxtəlif dərman preparatları verdiklərini, lakin nəticənin olmadığını bildiriblər.

 

Məsələ ilə bağlı Masallı Rayon Baytarlıq İdarəsinin rəisi İsabala Əliyev bildirib ki,  təsərrüfatlardan onlara müraciət daxil olmayıb, lakin zərurət yaranacağı təqdirdə həmin kəndlərdə dərhal vaksinasiya işləri aparılacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü