Modern.az

Tramp “Obamacare” ilə bağlı vədinə əməl edir

Tramp “Obamacare” ilə bağlı vədinə əməl edir

Dünya

21 Yanvar 2017, 23:10

Donald Tramp vəzifəyə başlamasının ilk günündə 2010-cu ildə Barak Obama tərəfindən imzalanmış “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” Qanunun Konqres tərəfindən ləğv edilməsinə qədər həmin qanunun təşkilatlar tərəfindən tənzimlənməsinin aşağı salınması haqqında fərman imzalayıb. Modern.az saytı xəbər verir ki, qanuna əsasən aztəminatlı amerikalılar tibbi sığortaya görə subsidiya alırlar. Qanunun qəbuluna qədər 40 milyonadək amerikalının tibbi sığortası olmayıb. 2017-ci ilədək 20 milyon amerikalı tibbi sığorta alıb. “Obamacare” adı ilə tanınan “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” Qanun sosial resursların bölüşdürülməsi əsasında işləyir, yəni qanun bütün amerikalıların üzərinə minimal tibbi sığorta haqqını ödəmək öhdəliyini qoyur. Tibbi sığorta almaq istəməyən amerikalılar əməkhaqqının məbləğindən asılı olaraq ildə 300-900 dollar civarında cərimə ödəməlidirlər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir